Farida Rustamova

Əsas // Əlaqə // Məsul Şəxs /

ƏsasBioqrafiya
Bioqrafiya

  • Rüstəmova Fəridə - Azərbaycan skripkaçısı, üçüncü nəsildə musiqiçidir. Babası Səid Rüstəmov – məhşur Azərbaycan bəstəkarı, pedaqoqu, dirijoru.
    Atası Eldar Rüstəmov – Bakı Musiqi Akademiyasının professoru, dirijor, skripkaçı və bəstəkar. 
  • Fəridə 4 mart 1993-cü ildə Moskvada anadan olmuş, və Azərbaycanın paytaxtı Bakı şəhərində boya-başa çatmışdır. Altı yaşından, Mstislav və Leopold Rostropoviçlər adına Bakı musiqi məktəbinə daxil olur və orada skripkada ifa etməyi öyrənməyə başlayır Onun birinci konserti həmin ilin sonunda baş tutmuşdu. Qızı dahi Mstislav Rostropoviç dinləyib, onun ifası ilə maraqlanmışdır. 
  • Artıq yeddi yaşında Fəridə Dövlət simfonik orkestrlə birlikdə Antonio Vivaldinin konsertinin birinci hissəsi ilə “Kirxa” konsert zalının səhnəsində çıxış edir. Bir ildən sonra həmin səhnədə, həmin orkestr ilə Bax konsertinin birinci hissəsini ifa edir.
  • 2004-cü ilin yazında Fəridə ilk dəfə Nazim Əliverdibəyov (diplom) və Fikrət Əmirovun adına olan gənc musiqiçilər arasında keçirilən respublika müsabiqələrində çıxış edir və ikinci yerə layiq görülür. 
    Həmin ilin sentyabr ayında, o Bül-Bül adına istedadlı uşaqlar üçün ixtisaslaşmış musiqi məktəbinə, professor Zəhra Quliyevanın sinfinə keçirilir. 
  • 2005-2008 illərdə gənc skripkaçı müxtəlif festivallarda iştirak edir, doğma məktəbin, musiqi akademiyasının böyük zalında və dövlət kamera orkestr ilə filarmoniyanın səhnələrində çıxış edir.
  • 2007-ci ildə Fəridə uşaq-gənclər simfonik orkestrində yer alır, bununla da o, 2008-ci ildə YUNESKO və Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın dəvəti ilə Paris, Strasburq, Brüsselə qastrollara yola düşür. 
  • 2008 və 2009-cu illəri onun həyatında mənalı illər adlandırmaq olar. Fəridə Prezident Heydər Əliyevin 85 illiyinə həsr olunmuş respublika müsabiqəsində birinci yerə nail olur. Bakı Musiqi Akademiyasının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti və Birinci Xanımının qarşısında ifa etmək şərəfinə laiq olur. Elə həmin vaxt Azərbaycan Dövlət Filarmoniyasında, Türkiyəli dirijor Hakan Şensoyun rəhbərlik etdiyi Dövlət kamera orkestrinin müşayiəti ilə solo konsert verir. Bir neçə vaxt sonra Fəridə Prezident təqaüdçüsü olur, və onun adını “Azərbaycanın gənc istedadlarının Qızıl Kitabı”na daxil edirlər. 
  • 2009-cu ildə Fəridə ilkin müsahibəni keçir və Almaniyada yerləşən Karlsruhe şəhərinin Ali Musiqi Akademiyasına təhsil almaq dəvətini alır. Yaşının azlığına baxmayaraq, (15 yaş) qız qəbul imtahanlarını verib professor N. Erlichin sinfinə daxil olur. 
  • 2010-cu ilin fevralında o Yehudi Menuhin Live Music Now Fondunun təqaüdçüsü olur.
  • 2012-ci ildən Fəridə dünyaca məhşur skripkacı Detmold konservatoriyasının professoru K. G. Kamedanın sinifində bakalavr tədrisini davam edir və 2015-ci ildə onu ugurla bitirir. Musigici Bakalavr diplomunu alir.
  • Fəridə nəinki Almaniyada, həmçinin Avropanın diqər ölkələrində konsertlər verir.