Farida Rustamova

Əsas // Əlaqə // Məsul Şəxs /

ƏsasMətbuat
Mətbuat

Prezident gənc istedadların xüsusi təqaüdə layiq görülməsi ilə bağlı sərəncam imzalayıb
 
07.02.2009    print version

Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi ilə bağlı sərəncam imzalayıb. Musiqi sahəsində xüsusi istedadı olan Fəridə Rüstəmova, Ramiz Sevdiməliyev və Zəhra Yusiflinin adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı"na yazılacaq və onlar xüsusi aylıq təqaüdə layiq görüləcəklər.
 
-------------------------------------------------------------------------------------------------------------------------------

7 Fevral 2009, 13:02    Prezident gənc istedadların xüsusi təqaüdə layiq görülməsi ilə bağlı sərəncam imzalayıb
Fevralın 6-da Azərbaycan prezidenti İlham Əliyev gənc istedadların xüsusi təqaüdə layiq görülməsi ilə bağlı sərəncam imzalayıb. APA-nın xəbərinə görə, musiqi sahəsində xüsusi istedadı olan Fəridə Rüstəmova, Ramiz Sevdiməliyev və Zəhra Yusiflinin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılacaq və onlar xüsusi aylıq təqaüdə layiq görüləcəklər. /APA/
 

-------------------------------------------------------------------------------------------------------------------------------

ATİB-in dəstəyi ilə Azərbaycan Dövlət Filarmoniyasında simfonik orkestrin konserti keçirildi
07 oktyabr 2008-ci ildə ATIB-in dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında skripka ustası, Filarmoniya İstanbul Orkestrinin baş dirijoru Hakan Şensoyun müşayiəti ilə Qara Qarayev adına Dövlət Kamera orkestrinin konserti keçirildi. Solistlər Respublika Müsabiqələr Laureatı Fəridə Rüstəmova və Respublikanın Əməkdar artisti Arzu Mustafayev idilər.

Konsertdə M.Bekenin "Ayşenin fantaziyası", A.Vivaldinin "İlin fəsilləri", "Yay", P.Sarasatenin "Əndəlis" romansı, H.Şensoyun "Səhnələr", Frank Britişn mövzusu üzərində sariasiyalar səsləndirilmişdir.

Hakan Şensoy İtaliya, Polşa, Rumıniya, İsveç, İngiltərə, Meksika və Türkiyədə bir çox orkestr konsertində solist olaraq iştirak etmişdir. Dəfələrlə ən yüksək musiqi mükafatlarına layiq görülmüş Hakan Şensoy bir çox radio və televiziya proqramlarında prodüser və şərhçi olaraq çalışmış, türk bəstəkarlarının əsərlərini şərh etmişdir. Buna bariz nümunə olaraq, Yalçın Turanın skripka və piano üçün "Üç vals" və bəstəkarın Şensoya ithaf etdiyi skripka və kamera solistləri üçün "Oyun havaları" adlı əsəri; Münir Nurettin Bekenin skripka üçün "Keçmişə rəqs" əsərini ilk dəfə səsləndirmişdir.


© 2019 www.farida-music.com 
ƏsasMətbuat